Əsas Səhifə > Güney Press > Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdurBu gün, 13:12 |
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib. Azərbaycandan görüşdə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin Müsavat Partiyasının Məclis sədri Arif Hacılı iştirak edib. Ermənistanı isə müxalifət olan "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib. Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, Vyanada müxalifət partiyalarının nümayəndələrinin görüşməsinə normal baxır: "Çünki, 44 günlük Vətən Müharibəsi başa çatandan sonra iki ölkə arasında münasibətlərə yeni səhifədən başlanılmasını biz təklif etmişik. Hətta razılaşdırılmış sülh müqaviləsinin müəllifi də Azərbaycandır. Amma görüşlər zamanı Qarabağ məsələsini müazkirə etməyə nə müxalifət partiyaların, nə də heç kimin haqqı yoxdur. Çünki, bu məsələyə Azərbaycan ordusu və xalqı bir dəfəlik nöqtəsini qoyub. Düzdür, Ermənistan müxalifətində hələ də Qarabağ mövzusundan istifadə etməyə cəhdlər mövcuddur. Çünki, onların hakimiyyətə gəlmək üçün Paşinyan hakimiyyətinə qarşı istifadə etdikləri mövzulardan birincisi budur. Amma özləri də bilirlər ki, Azərbaycan öz suverən ərazisi haqqında kiminləsə heç vaxt müzakirə aparmayacaq. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan belə görüşlərlə bir müsbət irəliləyişin əldə olunacağını düşünmürəm. Çünki, müxalifətin məqsədi ölkələrarası münasibətləri normallaşdırmaq yox, hansısa bir vasitədən istifadə etməklə ölkənin ictimai-siyasi mühitində gərginlik yaratmaqdır". A.Badamov iqtidar partiyasının nümayəndələrinin görüşü barədə də danışıb: "İqtidar partiyasının nümayəndələrinin görüşünə gələndə isə deyə bilərik ki, əldə olunan bütün uğurlara iqtidar partiyasının hakimiyyətdə olması ilə nail olunub. O cümlədən iki ölkə arasında aparılan danışıqlarda əldə olunan müsbət irəliləyişlər də iqtidar partiyaları, hakimiyyət nümayəndələri arasında aparılan görüşlər və danışıqların nəticəsdir". Geri qayıt |