Əsas Səhifə > Güney Press > Ermənistan Baş nazirindən etiraf:

Ermənistan Baş nazirindən etiraf:


4-06-2025, 15:57

“1991-ci ildən mən 2018-ci ildə hakimiyyətə gələnədək Ermənistanda daha legitim hakimiyyət olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşündə deyib.

Tələbələrdən birinin onun legitimliyinin zəif olması ilə bağlı sualını cavablandıran baş nazir bildirib ki, keçmiş hakimiyyətlərin (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın) ümumiyyətlə legitimlikləri olmayıb.

Nikol Paşinyan Ermənistanın hər üç sabiq prezidentinin xarici ölkədən (Rusiya) asılılığına eyham vurub:

“Mən adətən özüm və hökumət haqqında deyilənlərə o qədər də kəskin reaksiya vermirəm, düşünməyə çalışıram. Düşünmürəm ki, 1991-ci ildən Ermənistanda daha legitim hakimiyyət olub. Əgər xalqın buna icazə verdiyinə əmin olmasam, legitimlik məsələsini həll etmək üçün seçkilərə gedərəm”.

Paşinyan iddia edib ki, 1995-ci ildən bəri ilk dəfə 2018-ci ildə Ermənistanda nəticələri mübahisəli olmayan seçkilər keçirilib: “Əslində biz o seçkiləri ölüm təhlükəsi (Köçəryan-Sərkisyan klanının təhdidi altında - red.) altında keçirmişdik”.


Geri qayıt