Əsas Səhifə > Güney Press > Nail Mehbalıyev mərkəzə direktor təyin edildi

Nail Mehbalıyev mərkəzə direktor təyin edildi


4-06-2025, 15:16

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə sözügedən vəzifəyə Mehbalıyev Nail Nadir oğlu gətirilib.

İxtisasca həkim-kardioloq olan Nail Mehbalıyev bundan əvvəl Naxçıvan Ürək Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu ilin may ayında Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru Rəşadət Nabatov vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin olunub.


Geri qayıt