Əsas Səhifə > Güney Press / Ana xəbər > İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir4-06-2025, 13:11 |
Xəbər verdiyimiz kimi, “Azercell” 1 iyuldan etibarən yeni şərtlər tətbiq edib. Belə ki, elektron ödəniş üsulları ilə 1 – 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Gununsesi.info xəbər verir ki, mobil operatorun yeni şərtləri ictimaiyyətdə də böyük etirazlarla qarşılanıb. Minlərlə sosial şəbəkə istifadəçiləri Azercell-in rəsmi səhifəsində boykot çağırışları edib. O cümlədən ictimai-siyasi simalar da yeni qaydalara öz narazılıqlarını ifadə ediblər. “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil”. Onun sözlərinə görə, “Azərbaycanda üç mobil operator var. Hamı başa düşür ki, keyfiyyət baxımından “Azercell” qat-qat üstündür. Şəxsən mənim üçün bir müştəri kimi keyfiyyət, müştəriyə münasibət önəmlidir. Müqayisə etsək, bunlar “Azercell”də də ideal deyil, amma digərlərinə baxanda daha yaxşıdır. Bank sistemini də tənqid edirik ki, inhisar var, amma müqayisə etsək, yenə də bank sistemində real özəl banklar var. Hazırda isə faktiki olaraq bizdə bazarda real rəqabət yoxdur. Bu baxımdan, istehlakçıların hüquqları pozulur. Amma qanuni nöqteyi-nəzərdən nəsə etmək mümkün deyil. Mən də “Azercell”in müştərisiyəm. Nə edək? Gedək, başqa mobil operatorun müştərisi olaq? Mən şəxsən olmayacağam, çünki onların müştəriyə münasibətini görmüşəm”, — hüquqşünas bildirib. Politoloq Məhəmməd Əsədullazadə isə qiymət artımını inhisarçılıq adlandırıb: “Xalqı saymamaqdır, ciblərə girməkdir. “Azercell” tarifləri ucuzlaşdırmalıdır. Mən də “Azercell” nömrəmdən imtina edəcəm. Xalq sabitliyə üstünlük verib deyə, monopolistlər xalqın cibinə girib, yoxsullaşdırmağa çalışmalıdır?! Vətəndaşın rifahını deyil, onun əlində olanı tutub almaq feodal düşüncədir. Azərbaycan xalqı adil xalqdır. Rayon əhalisi “Azercell”dən daha çox istifadə edir. Müəyyən tariflərə görə onlar üçün əlverişli idi. Rayonlarda insanlar işsiz, pensiya və sosial müavinətə ehtiyac duyur. Buna baxmayaraq, “Azercell” rəhbərliyi öz cibinə görə qiyməti qaldırır”. “İnsanları “Azercell”i boykot etməyə çağırıram”. Bu sözləri isə açıqlamasında Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. “Azercell”in son tarif qanunları isə əhalidə çox böyük narazılıq yaradacaq. Düşünürəm ki, əgər onlar bunu edərsə, əhalini kütləvi şəkildə “Azercell” və digər istehsalçıları boykot etməyə çağırıram. “Azercell”in xidmətindən mən də istifadə edirəm. Builki və keçənilki mənim Avropa səfərimdə onlara öncədən pul ödəsəm də, rouminq xidmətindən istifadə edə bilmədim. Yalandan pullar ödədim və rouminq işləmədi. Buna görə gedib baş ofisdən məlumat almaq istəyəndə də istehlakçını borclu çıxarırlar. Çox təəssüflər olsun ki, bu sahədə ekspertlər çox azdır”, – o, həmçinin qeyd edib. Həmçinin Əməkdar artist Abbas Bağırov da öz şikayətini dilə gətirib: “25 ildən çoxdur bu şirkətin müştərisiyəm, məni məmnun edən bir xidmətini görmədim! 30 GB internet 4 günə necə bitə bilər? 100 GB 15 günə bitir. Bu internet trafiki yalnız siz “Azercell”də var” , – deyə, A.Bağırov bildirib. Qeyd edək ki, yeni şərtlərdə nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq: 1-1,99 manat – 1 gün; Geri qayıt |