Əsas Səhifə > Güney Press > "Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb,
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb,4-06-2025, 12:41 |
“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 3,173 milyon manat xalis zərərlə başa vurub. “Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 95,6 % çoxdur. Ötən il “Finoko”nun vergiyəqədərki zərəri 4,252 milyon manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti 1,079 milyon manat (4,2 dəfə çox) təşkil edib. Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 23,416 milyon manat olub ki, bu da illik müqayisədə 29,9 % azdır. Bunun 13,329 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 43,3 % kiçilib. Hesabat dövründə “Finoko”nun öhdəlikləri 21,9 % artaraq 25,176 milyon manata çatıb, 1,613 milyon manatlıq balans kapitalı isə 1,76 milyon manatlıq kapital çalışmazlığı ilə əvəz olunub, yəni kapitalı mənfiyə (müflislik həddinə) düşüb. Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,355 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü). Geri qayıt |