Əsas Səhifə > Güney Press > Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi

Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi


4-06-2025, 11:56

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin dəyəri 182 807 AZN olub.



Geri qayıt