Əsas Səhifə > Güney Press > Paşinyandan keşişlərə sərt ittiham:

Paşinyandan keşişlərə sərt ittiham:


4-06-2025, 10:11

“Subaylıq andını pozan din adamları dini xidmətlərinə davam edə bilməzlər”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

Ermənistan hökumətinin başçısı bəzi din adamlarını kilsələri murdarlamaqda ittiham edib.

“Sən subaylıq andını pozaraq ruhumuzun evini (kilsələri) murdarlayırsınız. Subaylıq andını pozan din xadimləri öz dini xidmətlərinə davam edə bilməzlər. Onlar ruhumuzun evini azad etməlidirlər”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan baş naziri iyunun 2-də sosial mediada bütün ermənilərin katolikosunu da subaylıq andını pozmaqda ittiham etmişdi: “Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz”.

Ermənistan hökumətinin başçısı erməni kilsəsindən bu vəziyyətə təcili aydınlıq gətirməyi tələb edib.

Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.


Geri qayıt