Əsas Səhifə > Güney Press > "Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb

"Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb


2-06-2025, 10:54

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.


Geri qayıt