Əsas Səhifə > Güney Press > 'Hörümçək' fonunda ÇIRAĞAN DANIŞIQLARI
'Hörümçək' fonunda ÇIRAĞAN DANIŞIQLARI2-06-2025, 06:22 |
APA xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır. Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib. Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir. Ukrayna prezidenti Volodimir Zelenski də sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb. Geri qayıt |