Əsas Səhifə > Güney Press > Tanış olduğu qadınları qarət edən

Tanış olduğu qadınları qarət edən


31-05-2025, 10:38

Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Bayrampaşa adlanan ərazisində baş verib. 27 yaşlı azərbaycanlı M.G. sosial şəbəkədən tanış olduğu qadının evinə gəlib. Evdə o, qadının telefonu və pul qabısını götürəndən sonra silahın qundağı ilə sifətinə xəsarət yetirərək qaçıb.

Qadının şikayətindən sonra həmin gənc saxlanılıb. Məhkəmənin qərarı ilə o, həbs edilib.

Qeyd olunub ki, M.G. bundan əvvəl də dəfələrlə eyni üsulla bir neçə qadına qarşı cinayət əməli törədib.


Geri qayıt