Əsas Səhifə > Güney Press > "Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək

"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək


29-05-2025, 10:14

Avqustun 23-də, saat 11:00-da "Gəncə Cihazqayırma Zavodu" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Gəncə Cihazqayırma Zavodu" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.


Geri qayıt