Əsas Səhifə > Güney Press > Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu:

Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu:


29-05-2025, 09:36

Azərbaycan Respublikasının Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə dair yeni açıqlama verib.

Modern.az-ın məlumatına görə, V və VI siniflərə qəbula qoyulan qadağa ləğv olunub.

Rəsmi açıqlamada deyilir:

“Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”.


Geri qayıt