Əsas Səhifə > Güney Press > Mərhum iş adamının yüksək rütbəli oğlu
Mərhum iş adamının yüksək rütbəli oğlu27-05-2025, 12:59 |
Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı ilin mayın 25-də Sumqayıt şəhərində anadan olub. O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. Polis polkovniki rütbəsinə qədər yüksələn M.Əhədov sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib. Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş xeyiyyəçi iş adamı, Sumqayıtdakı məşhur “Karvan” Ticarət Mərkəzinin sahibi olmuş Ağamirzə Əhədovun oğludur. Geri qayıt |