Əsas Səhifə > Güney Press > Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb

Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb


27-05-2025, 11:58

Şəmkir sakini yanaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt