Əsas Səhifə > Güney Press > “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...”
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...”27-05-2025, 11:48 |
“Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktrisa Məsmə Aslanqızıdan üzr istəmədi. Belə başa düşürəm ki, o, üzr istəməyi özünə əskiklik bilir”. Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. “Məsmə Aslanqızı özü də açıqlama vermişdi. Video görüntü var. Yəqin, məsələ yaxın zamanda öz həllini tapar”, — o bildirib. Xatırlatma: Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin aktrisa Məsmə Aslanqızını və onun şəhid atasını təhqir etdiyini bildirmişdi. M.Aslanqızı bununla bağlı kamera görüntüləri olduğunu, təhqirlərə hüquqi müstəvidə cavab verəcəyini deyib. Geri qayıt |