Əsas Səhifə > Güney Press > Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar

Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar


27-05-2025, 10:47

Fransız muzdlulardan ibarət bir qrup döyüş bölgəsinə göndərilməzdən əvvəl Kiyev yaxınlığındakı düşərgədə təlim keçir.

Teleqraf xəbər verir ki, bu barədə “France Inter” radiostansiyası məlumat yayıb.

İddiaya görə, fransızlardan ibarət “Beynəlxalq Qisas” adlı taktiki qrup əcnəbi könüllülər üçün poliqonda təlim keçən Ukrayna kəşfiyyatının bölmələrindən biridir.

“France Inter” bildirir ki, bölməyə həm hərbi qulluqçular, həm də mülki şəxslər daxildir. Fransızların bəziləri Ukraynaya bir neçə həftə əvvəl gəlib, amma radionun həmsöhbətlərindən biri deyib ki, bəziləri də 2022-ci ildən Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak edirlər.

Bölməyə rəhbərlik edən ukraynalı Fransa radiosuna bildirib ki, bir neçə aydan sonra “Beynəlxalq Qisas” qrupu müdafiə və hücum əməliyyatına cəlb olunacaq.


Geri qayıt