Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”27-05-2025, 10:24 |
"Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”. Bu sözləri "Yeni Sabah"a Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib. O qeyd edib ki, həbsdən azad olunan insanların işlə təminatında ciddi problemlər var: “Həbsdən azad olunanların hamısının oxşar müşküllərlə üzləşir. Amma ən başlıcası odur ki, hazırda həbsxanalarda bir çox məhbus var ki, onların əfvə ehtiyacı var. Hüquq müdafiəçilərinin bir çoxunun ortaq fikridir ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır. Həbsdən azad edilənlərin reablitasiyası, onların sosial problemləri, işlə təmin edilməsi və bu kimi problemlər illərdir ki, davam edir. Təəssüf ki, həbsdən azad olunan insanları əksər işlərə qəbul etmirlər. Axı kiminsə cinayət törətməsi o demək deyil, o, bu əməli mütləq bir yenə edəcək”. Mirvari Qəhrəmanlı bildirib ki, qanunvericilikdəki bəzi maddələr də keçmiş məhkumlar üçün çətinliklər yaradır: “Məhbusların reablitasiyası, onların gələcək taleyi haqqında düşünən yoxdur. Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, işə qəbul zamanı müəyyən sənədlər tələb olunur. Bu sənədlərdən biri məhkumluqla bağlı arayışdır. Düşünürəm ki, əfv olunmuş şəxslərin yenidən sosial həyata adaptasiyası barədə ciddi düşünməliyik. Heç kim ikinci dəfə yenidən həbsxanaya qayıtmaq istəməz. Çox istəyərdim ki, Əfv Komissiyasının tərkibində hüquq müdafiəçiləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da salınsın”. Geri qayıt |