Əsas Səhifə > Güney Press > Putin Zelenskini tanımır:
Putin Zelenskini tanımır:Bu gün, 09:16 |
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib. “İddiaya görə, Putin “Ukraynanın təslim olması zəruridir” fikrində israr edir və Trampı bu mövqeyə razı salmaq üçün diplomatik prosesi uzadır. Kreml yalnız seçkilərdən sonra formalaşacaq yeni rəhbərliklə masa arxasına oturmağa hazır olduğunu bəyan edib”, - Öztürk bildirib. Ekspert qeyd edib ki, Vladimir Putin Ukraynada seçki keçirilənədək Zelenski ilə deyil, yalnız Donald Tramp ilə danışmağa hazırdır: “Kremlə yaxın mənbələr, Putin tərəfindən Zelenskinin artıq “yox hökmündə” sayıldığını bildirir. Rus siyasətçisi Aleksandr Qabuyevinin fikrincə, Putin Trampı barışa deyil, ya Rusiya şərtlərini qəbul etməyə, ya da ABŞ-ın gündəmindən Ukraynanı çıxarmağa çalışır. Kremlə yaxın “EurAsia Daily” isə Putinin İstanbul görüşündən sonra “Ukrayna son fürsəti qaçırdı” dediyini iddia edir. İddialara görə, Putin artıq yeni və daha ağır silah sistemlərini istifadəyə verməyə hazırlaşır”. Geri qayıt |