Əsas Səhifə > Güney Press > Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır

Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır


Dünən, 18:41

Dünyada adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə ilk sırada Lüksemburq dayanır.
Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir ki, Lüksemburqda adambaşına düşən ÜDM 141 min dollara bərabərdir.
Adambaşına düşən ÜDM-nin ən az olduğu ölkə isə Cənubi Sudan hesab olunur. Bu ölkədə adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 562 dəfə az – 251 dollar təşkil edir.
Qeyd edək ki, BVF-nin məlumatına görə Azərbaycanda adambaşına düşən ÜDM 7 600 dollara bərabər olub.
Azərbaycanda adambaşına düşən ÜDM Lüksemburqla müqayisədə 18 dəfə az, Cənubi Sudanla müqayisədə isə 30 dəfə çoxdur.
Onu da qeyd edək ki, adambaşına düşən ÜDM-nin həcmi keçmiş SSRİ və qonşu ölkələrdə aşağıdakı kimi olub:
Estoniya – 32 760 dollar
Litva – 30 835 dollar
Latviya – 24 375 dollar
Türkiyə – 16 700 dollar
Qazaxıstan – 15 100 dollar
Rusiya – 14 260 dollar
Türkmənistan – 13 340 dollar
Gürcüstan – 9 570 dollar
Ermənistan – 8 860 dollar
Moldova – 8 260 dollar
Belarus – 7 875 dollar
Azərbaycan – 7 600 dollar
Ukrayna – 6 260 dollar
İran – 5 300 dollar
Özbəkistan – 3 515 dollar
Qırğızıstan – 2 750 dollar
Tacikistan – 1 430 dollar
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə Azərbaycanda 2024-cü ildə 126 milyard 337 milyon manat (74 milyard 316 milyon dollar) ÜDM qeydə alınıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 12 min 382,5 manat (7 min 284 dollar) olub.


Geri qayıt