Əsas Səhifə > Güney Press > Bakıda şagird dərs zamanı canlı yayım açdı

Bakıda şagird dərs zamanı canlı yayım açdı


Dünən, 12:39

Bakı məktəblərindən birində şagird dərs vaxtı “TikTok”-da canlı yayım açıb.

Lent.az xəbər verir ki, dünən saat 11:15-də paytaxt məktəblərinin birində dərs zamanı şagird “TikTok” sosial platformasında canlı yayım açaraq, qeyri-etik ifadələr işlətməyə başlayıb.

İzləyicilər bildirir ki, həmin vaxt riyaziyyat müəlliminin sinifdə olmasına baxmayaraq, şagird canlı yayıma davam edib.

Lent.az Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarənin cavabı olan zaman xəbər yenilənəcək.


Geri qayıt