Əsas Səhifə > Güney Press > Sahibkar mağazaya borca görə həmyerlisini döydü

Sahibkar mağazaya borca görə həmyerlisini döydü


Dünən, 09:23

Ağdam Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nadir Nadirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 03 oktyabr 2024-cü il tarixdə, təxminən saat 08 radələrində Ağdam rayonu ərazisində yerləşən ərzaq mağazalarının birinin qarşısında qeydə alınıb.

Belə ki, mağaza sahibi Nadir Nadirov həmyerlisi, zərərçəkmiş Qulam Qulamova (ad, soyadı şərtidir) ərzaq mağazasına olan 570 manat pul borcunu ödəməsini deyib. Zərərçəkmiş isə buna görə təqsirləndirilən şəxsə irad bildirib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Nadir yumruqla bir dəfə Qulamın sifət nahiyəsinə zərbə endirərək onun sağlamlığına yüngül zərər yetirib.

Hadisədən sonra Nadir Nadirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda hər iki şəxs barışıb, Qulamın ondan şikayət və tələbi yoxdur.


Geri qayıt