
Dünyada internetin sürətini ölçən məşhur “Speedtest” xidməti 2025-ci ilin aprel ayı üçün internetin sürətinə görə ölkələrin siyahısını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, açıqlanan siyahıya əsasən mobil internetin sürətinə görə Azərbaycan 74 Mbit/s sürətlə 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan 77 Mbit/s sürətlə 155 ölkə arasında 86-cı yerdə olub. Keçmiş SSRİ və region ölkələrində sabit genişzolaqlı internetin sürəti 155 ölkə arasında belə olub: 38. Moldova – 158,4 Mbit/s 51. Latvia – 113,9 Mbit/s 63. Estoniya – 94,3 Mbit/s 67. Rusiya – 88,3 Mbit/s 75. Ukrayna – 84 Mbit/s 76. Özbəkistan – 83,6 Mbit/s 82. Qırğızıstan – 80,3 Mbit/s 83. Belarus – 78,9 Mbit/s 86. Azərbaycan – 76,8 Mbit/s 88. Qazaxıstan – 76,1 Mbit/s 94. Ermənistan – 66,5 Mbit/s 99. Türkiyə – 55,6 Mbit/s 114. Gürcüstan – 41 Mbit/s 117. Tacikistan – 37 Mbit/s 142. İran – 18,2 Mbit/s
Keçmiş SSRİ və region ölkələrində mobil internetin sürəti 104 ölkə arasında belə olub: 18. Gürcüstan – 163,8 Mbit/s 21. Estoniya – 144 Mbit/s 23. Latviya – 139,8 Mbit/s 25. Litva – 136,8 Mbit/s 51. Kazaxıstan – 84,2 Mbit/s 57. Azərbaycan – 74,1 Mbit/s 59. Türkiyə – 70,4 Mbit/s 69. İran – 55,4 Mbit/s 70. Moldova – 54,5 Mbit/s 72. Özbəkistan – 53,3 Mbit/s 75. Ukrayna – 50,6 Mbit/s 76. Qırğızıstan – 48,8 Mbit/s 84. Ermənistan – 41,4 Mbit/s 91. Rusiya – 36 Mbit/s 103. Belarus – 18,2 Mbit/s
Məlumat üçün bildirək ki, dünyada ən sürətli mobil internet Qətərdə, sabit genişzolaqlı internet isə Sinqapurda qeydə alınıb. Bu ölkələrdə internetin orta sürət müvafiq olaraq 521,5 Mbit/s və 368,5 Mbit/s olub. Ən zəif mobil internet Boliviyada (13 Mbit/s), ən zəif sabit genişzolaqlı internet isə Suriyada (3,2 Mbit/s) qeydə alınıb.
Geri qayıt
|