Əsas Səhifə > Güney Press > "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib

"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib


Bu gün, 17:16

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərov vəkili Asim Abbasov məhkəməyə vəsatət təqdim edib.

Vəkil son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Qarşı tərəf yayılan məlumatıarın qarayaxma xarakterli olduğunu əsas gətirərək vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.

Vəsatət təmin edilməyib.

Daha sonra təqsirləndirilən şəxs İsfəndiyar Axundov məhkəmədə ifadə verib.

O, baxılan iş üzrə özünü təqsirli bilmədiyini bildirib:

“Məqsədim zərərçəkmişlərin şikayətlərini həll etmək olub. Məsələlər həll olunmalıdır ki, Emili buraxsınlar. Mənim günahım yoxdur. Mən şəhid ailələrinə yardım edirəm. Savadım olmadığı üçün qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm”.

Məhkəmənin növbəti prosesi 5 iyunda davam etdiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.


Geri qayıt