Əsas Səhifə > Güney Press > Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı

Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı


Bu gün, 11:45

Ermənistan Müdafiə Nazirliyi müvafiq ödəniş müqabilində 2 ildən az müddətdə müddətli həqiqi hərbi xidmət keçmək imkanının yaradılmasını təklif edir.
Teleqraf xəbər verir ki, layihəni bu gün hökumətin iclasında müdafiə naziri nazir Suren Papikyan təqdim edib.
“24 aydan az müddətdə məcburi hərbi xidmət keçmək imkanının yaradılması təklif olunur. Bir ay müddətinə xidmət etdikdə 20 milyon dram, 6 ay müddətində xidmət etdikdə 15 milyon dram dövlət büdcəsinə ödəmək şərti ilə...”, - nazir bildirib.
Layihədə həmçinin aşağıdakı dəyişikliklər təklif edilir:
Məcburi hərbi xidmət üçün maksimum yaş həddi 27 deyil, 37 yaş müəyyən olunur.

Geri qayıt