Əsas Səhifə > Güney Press > Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir

Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir


Bu gün, 10:21

İyunun 5-də Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistana səfər edəcək.

Publika.az xəbər verir ki, Rusiyanın yüksək rütbəli rəsmisi Ermənistanda iki günlük səfərdə olacaq. Moskva bu səfərə böyük önəm verir. Bunun üçün ciddi hazırlıqlara start verilib.

“Hraparak” nəşri yazır ki, Ermənistandakı bir sıra Rusiya təşkilatlarına Rusiya Federasiyasından sirkulyar göndərilib və onların hər biri tədbir təşkil etməyi öhdəsinə götürüb.

“Rusiya-Ermənistan humanitar əməkdaşlığının inkişafı istiqamətləri və resursları” və “Rusiya Federasiyasının regionları ilə Ermənistan arasında ticarət-iqtisadi əməkdaşlığın artım templəri” mövzularında dəyirmi masalar keçiriləcək.

Rusiya-Ermənistan İşgüzar Şurası Forumunun plenar iclası və digər bu kimi müzakirələr keçiriləcək. Qafanda Rusiya və Ermənistanın qardaş şəhərləri arasında dialoqun inkişafı mövzusunda tədbir də gözlənilir. Qafanın seçilmə səbəbini başa düşmək olar, üç ilə yaxındır ki, Rusiya burada konsulluq açmaqda maraqlıdır, amma Ermənistan hakimiyyəti bəzi bəhanələrlə prosesi yubadır.

Aylar əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etmişdi ki, Moskva Ermənistanda may ayına qədər konsulluğun açılmasına aydınlıq gələcəyini gözləyir, lakin mayın sonu yaxınlaşır və hələ də aydınlıq yoxdur. Ötən gün Ermənistanda olan Sergey Lavrov da mövzuya toxunaraq, konsulluğun açılması üçün hazırlıq işlərinin getdiyini, mənbələrimiz isə konkret işin aparılmadığını bildirib”, - nəşr qeyd edib.


Geri qayıt