Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu varDünən, 11:13 |
Azərbaycanda yol tikintisi sahəsində iri tenderlərin qalibi olmuş və hazırda həbsdə olan türkiyəli iş adamı Abdurrahman Şentürkə məxsus "Bayburt Grup" şirkətinin Azərbaycandakı filialının dövlətə 6.058.409,11 manat vergi borcu var.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Bayburt Grup İnşaat Nakliyat Madencilik İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialının hazırkı qanuni təmsilçisi Samir Məmmədov Şəmsəddin oğludur.
![]() Abdurrahman Şentürk
Xatırladaq ki, 2021-ci ildə şirkətin dövlətə olan 24 milyon manatlıq vergi borcuna görə Abdurrahman Şentürkün ölkədən çıxışına qadağa qoyulmuşdu. Şirkətin qanuni təmsilçisi Abdurrahman Şentürk olsa da, "Bayburt Grup"un Azərbaycandakı rəhbəri kimi onun qardaşı Alim Şentürk tanınıb.
![]() Hazırda Alim Şentürk Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvü və bu qurumun Yaşıl və Rəqəmsal Transformasiya Komissiyasının sədridir.
![]() Qeyd edək ki, Abdurrahman Şentürk Türkiyədə rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqları ilə bağlı ittihamlarla saxlanılıb və 2024-cü ilin fevral ayında 7 il müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt |