Əsas Səhifə > Güney Press > İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir

İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir


Dünən, 10:47

“Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət müddətinin azaldılması Azərbaycanın tələbi ilə üst-üstə düşür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun iddiasına görə, İrəvan rəsmi Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirməyə çalışır.


“Məcburi hərbi xidmətin müddətinin azaldılması mövzusu yenidən hökumət tərəfindən gündəmə gətirilib. Əlbəttə, indiki mərhələdə bu mövzu təsadüfən aktivləşmir. Birincisi, bu, seçkiqabağı kampaniya ilə əlaqəlidir. İkincisi, Azərbaycanın irəli sürdüyü Ermənistanın demilitarizasiyası (silahsızlaşdırılması) tələbi ilə üst-üstə düşür.

Hakimiyyət orqanlarının özləri müxtəlif hallarda orduya qəbulla bağlı ciddi problemləri qeyd ediblər və bunun fonunda xidmət müddətinin azaldılması ideyası, motivi nə olursa olsun, Ermənistanın təhlükəsizlik sisteminə yeni zərbədir”, - deputat bildirib.


Geri qayıt