Əsas Səhifə > Güney Press > Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi

Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi


Bu gün, 10:13

Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarının yollarının bir sıra kəndlərində daxili avtomobil yollarının əsaslı təmiri işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az-a Naxçıvan Yol Təchizat MMC-dən məlumat verilib.

Bildirilib ki, əsaslı təmir işləri Babək rayonunun Göynük, Nəhəcir, Nəhəcir-Göynük, Culfa rayonunun Gal, Şurud, Ordubad rayonunun Gənzə, Anabad, Aza, Darkənd, Kələntərdizə-Qoşadizə, Şərur şəhərinin daxili və rayonun Çomaxtur kəndinin, eləcə də Kəngərli rayonunun Şahtaxtı Gömrük İdarəsi avtomobil yollarını əhatə edəcək.

Məlumata görə, yollarda əsaslı təmir işlərinin icrası “Aqroman” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub və müqavilə bağlanılıb. Müqaviləyə əsasən, yuxarıda qeyd edilən avtomobil yollarının təmiri 1,3 milyon manata başa gələcək.

Qeyd edək ki, “Aqroman” şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xəzər rayonu, Heybətqulu Məmmədbəyli, ev 8-də yerləşir. “Aqroman” yarandığı gündən bəri milyonlarla manat dəyərində tenderlərin qalibi olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur. M.Rəfiyev eyni zamanda 2011-ci ildə dövlət qeydiyyatına alınan “My Vings” şirkətinin də qanuni təmsilçisidir. Məlumat üçün onu da bildirək ki, “My Vings” şirkəti “Laguna Group” şirkəti ilə eyni hüquqi ünvanda - Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşir.


Geri qayıt