Əsas Səhifə > Güney Press > 400 milyon dollarlıq mübahisə:

400 milyon dollarlıq mübahisə:


Bu gün, 15:17

Dünya mətbuatı bir müddətdir Qətər hökumətinin ABŞ-a hədiyyə verməyi planlaşdırdığı 400 milyon dollarlıq təyyarədən danışır.
 
Sherg.az xəbər verir ki, iddialara görə, Donald Tramp administrasiyası Qətərə müraciət edərək “Air Force One” kimi istifadə oluna biləcək bir “Boeing 747” təyyarəsi almaq istəmişdi.
Bu iddialar, ABŞ Prezidentinin “Qətərin onunla əlaqə saxladığı və təyyarəni hədiyyə olaraq təklif etdiyi” açıqlamaları ilə ziddiyyət təşkil edir.
Tramp vəzifəyə başladıqda məlum olub ki, Boeing şirkəti mövcud prezident təyyarələrinin əvəzlənməsi üçün hazırlanan yeni təyyarələri azı 2 il ərzində təhvil verə bilməyəcək.
Lakin Tramp administrasiyası ehtiyat bir təyyarə istəyirdi və ABŞ Hərbi Hava Qüvvələri bu məqsədlə müxtəlif variantları araşdırırdı.
Bu müddətdə ABŞ Prezidenti, Yaxın Şərq elçisi Stiv Vitkoffdan (Steve Witkoff) uyğun təyyarələrin siyahısını hazırlamasını istəyib.
Pentaqonun Boeing ilə ilkin görüşündən sonra şirkət, işlək vəziyyətdə olan təyyarələri olan müştərilərin siyahısını təqdim edib.
Mövzuya yaxın ikinci bir mənbənin dediyinə görə, “Qətər də bu müştərilərdən biri idi.”
Pentaqonun “təyyarəni almağı təklif etdiyi”, Qətərin isə onu satmaqda maraqlı olduğu bildirilib.
Üçüncü bir mənbənin açıqlamasına görə, Ağ Evin bu fikri dəstəklədiyi məlum olduqdan sonra Pentaqon Qətərlə danışıqlara başlayıb və Vitkoff ilkin təmasların qurulmasında vasitəçilik edib.
Tramp bu razılaşmanı Qətər kral ailəsindən gələn bir “jest” və ya “töhfə” kimi təqdim etməkdə israr edir. O, sosial media platforması “Truth Social”da “BU BİR HƏDİYYƏDİR, ÖDƏNİŞSİZDİR” paylaşımı edib.
Vaşinqton və Doha hər iki tərəf razılaşsa belə, bu transferin ABŞ və Qətər Müdafiə Nazirlikləri arasında rəsmi və hüquqi bir əməliyyat olacağını vurğulayıb.
Tramp öz partiyası daxilində belə tənqid olunduğu halda, Qətər bu təyyarənin Trampa şəxsi hədiyyə olmadığını, dövlətlərarası bir razılaşma olduğunu bildirib.
Bu plan, ABŞ Konstitusiyasının hökumət vəzifəlilərinə “hər hansı bir kral, şahzadə və ya xarici dövlətdən” hədiyyə qəbul etməyi qadağan etməsi səbəbilə ciddi etik suallar doğurur.
ABŞ Senatının azlıq lideri Çak Şumer isə Prezident Donald Trampın Qətər tərəfindən hədiyyə verilməsi nəzərdə tutulan lüks təyyarədən rəsmi nəqliyyat vasitəsi kimi istifadə etməsinin qarşısını almaq üçün yeni qanun layihəsi təqdim edib.

Geri qayıt