Əsas Səhifə > Güney Press > Ötən il 1 milyon pul qazanıb
Ötən il 1 milyon pul qazanıbBu gün, 09:41 |
“Neftmaştəmir” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, şirkət ötən ili 1 milyon 98 min manat xalis mənfəət ilə başa vurub. ASC 2023-cü ili 1 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Neftmaştəmir”ın xalis mənfəəti 22 min manat və ya 2% artıb. Şirkət bu dövrdə 433,7 min manat mənfəət vergisi ödəyib ki, bu da son bir ildə 173,9 min manat (67%) artım deməkdir. Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 7 milyon 123 min manat, əsas əməliyyat xərcləri isə 4 milyon 979 min manat olub. Gəlirlər son bir ildə 2 milyon 716 min manat (61,6%), xərcləri isə 1 milyon 861 min manat (59,7%) azalıb. Beləliklə, şirkətin əməliyyatı mənfəəti 2 milyon 145 min manat təşkil edib ki, bu da illik müqayisədə 856 min manat və ya 66,4% artım deməkdir. Sair əməliyyat gəlirləri 15,1 min manat (83,9%) artımla 33,1 min manata yüksəlib. Xərclər isə min manat (12%) artımla 9,1 min manata bərabər olub. Fövqəladə xərclər isə 636,6 min manata bərabər olub. Bu da illik 623 min manat (46,8 dəfə) artım deməkdir. “Neftmaştəmir” ötən il 2 milyon 319 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 418 min manat və ya 22% artıb. Şirkətin öhdəlikləri 664 min manat və ya 2,1 dəfə artaraq 584 min manata düşüb. Balans kapitalı 1 milyon 71 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 246 min manat (18,7%) azdır. Geri qayıt |