Əsas Səhifə > Güney Press > Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu:
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu:Dünən, 15:12 |
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb. Hadisə barədə məlumat xidmətin mətbuat xidməti tərəfindən yayılıb. Məlumata görə, həmin yeniyetmə əvvəllər hərbi avtomobillərin yandırılması ilə bağlı saxlanılmışdı. Azadlığa çıxdıqdan sonra o, yenidən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqə yaradıb və Kiyevdəki hərbi qeydiyyat və çağırış idarəsini partlatmaq tapşırığını alıb. O, bu məqsədlə gizli yerdə saxlanılan partlayıcı maddəni əldə etməyə çalışarkən saxlanılıb. Hazırda ona qarşı terror aktı hazırlığı, cinayətkar qrupda iştirak və dövlətə xəyanət maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla 17 yaşlı gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Geri qayıt |