Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda şəkər xəstələri dərman ala bilmir
Sumqayıtda şəkər xəstələri dərman ala bilmirDünən, 12:47 |
2 saylı Sumqayıt şəhər xəstəxanasında şəkərli diabet xəstələri dövlətin ayırdığı dərman preparatlarını ala bilmirlər. Xəstələr aidiyyəti qurumların məsuliyyətsizliyindən şikayətlənirlər. Gununsesi.info-ya müraciət edən vətəndaşların sözlərinə görə, bir neçə aydır ki, şəhərdə insulin və digər şəkərsalıcı dərman preparatlarının paylanmasında ciddi problemlər yaşanır. Onlar qeyd edirlər ki, dərmanlar yalnız məhdud sayda insanlara verilir, əksər hallarda isə “dərman yoxdur” cavabı ilə geri qaytarılırlar: “10-15 nəfərə verirlər, qalanlara deyilir ki, dərman bitib. Artıq 19 gündür dərman dalınca gedirik, amma nəticə yoxdur. Hər gün deyirlər ki, sabah gəlin, dərman gələcək, amma dəyişən bir şey yoxdur”, – deyə şikayətçilər bildirir. Onların sözlərinə görə, bəzi hallarda dərmanların gizlədildiyi, daha sonra isə pulla satıldığına dair məlumatlar da dolaşır: “Hətta eşidirik ki, dərmanlar sonradan gizli şəkildə satılır. Halbuki dövlət bu dərmanları qeydiyyatda olan xəstələr üçün pulsuz şəkildə ayırır”. Qanunvericiliyə əsasən, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanunun tətbiqinə dair normativ aktlar şəkərli diabet xəstələrinin insulin, digər şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələri ilə pulsuz təmin olunmasını nəzərdə tutur. Qeyd edək ki, TƏBİB-ə tabe olan xəstəxanaların bu vəzifəni yerinə yetirməsi hüquqi öhdəlikdir. Geri qayıt |