Əsas Səhifə > Güney Press > Erməni ordusu hələ də özünü bərpa edə bilməyib

Erməni ordusu hələ də özünü bərpa edə bilməyib


Bu gün, 12:31

“44 günlük müharibədən sonra Ermənistan ordusu hələ də bərpa edilməyib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan yerli KİV-ə müsahibəsində deyib.

“2021-ci ildə keçirilən seçkilər zamanı söyləmişdim ki, ordunu bərpa etmək üçün 3-5 il lazım olacaq. Dörd il keçib, hansı işlər görülüb? Heç nə”, - sabiq prezident bildirib.

Robert Köçəryan Ermənistanın geosiyasi müttəfiqlərinin olmadığını da iddia edib:

“Hakimiyyət geosiyasi yetim statusu ilə bəzi məsələləri həll etməyə çalışır. Yetimlər problemi necə həll edirlər?

Həm geosiyasi yetim qalmaq istəyirik, həm də hansısa məsələnin həllini istəyirik, amma həll olunmayacaq. Belə statusda məsələlər öz hesabınıza həll olunur, siz menyudasınız, süfrə başında yox. Bu gün Ermənistan süfrə arxasında yox, menyudadır”.


Geri qayıt