Əsas Səhifə > Güney Press > "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək

"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək


Bu gün, 08:41
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
02 iyul 2025-ci il tarixdə saat 11:00-da "Yelo Bank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin Baş ofisində baş tutacaq.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.
1. "Yelo Bank" ASC-nin 2024-cü il üzrə maliyyə hesabatının və kənar auditinin nəticələrinə baxılması.
2. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.

Geri qayıt