Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmürDünən, 14:02 |
![]() "Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri terror təşkilatı PKK-nın özünu buraxaraq siyasi və hüquqi yolla fəaliyyət göstərəcəyini bəyan etməsidir. Bununla bağlı bəzi təhlillərdəki narahatlıqları da başa düşmək olar. Çünki PKK indiyə qədər siyasi və hüquqi yolla fəaliyyət göstərən qurum yox, silahlı terror təşkilatı idi. Onun üzvləri xaincəsinə hücumlar edir, terror aktları törədir, dinc insanları öldürür, qan tökür və Türkiyənin ərazi bütövlüyünü zorla dəyişdirməyə cəhd göstərirdilər". Bunu “Reytinq” qəzetinə açıqlamasında Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, PKK-nın siyasi qanadı sayılan partiyaların və Türkiyə parlamentində millət vəkili kimi təmsil olunan şəxslərin də fəaliyyəti Türkiyənin ümumdövlət maraqlarından daha çox PKK-nın seperatçı-terrorçu maraqlarını müdafiəsinə yönəlmişdi. "PKK təxminən yarım əsr müddətində regionda siyasi sabitliyi pozan, xüsusən də Türkiyənin milli təhlükəsizliyini əsaslı şəkildə təhdid edən bir güçə çevrilə bilmişdi. Burada, həm də bəzi məqamları qeyd etmək vacibdir: Birincisi, PKK özünü buraxmaq qərarında terror fəaliyyətini kürd məsələsini demokratik yolla həll səviyyəsinə gətirib çıxaran mübarizə və tarixi missiya kimi qiymətləndirir. İkincisi, bir neçə il bundan əvvəlki “demokratik kürd acılımı” prosesindən bu şəbəkə öz qanlı terror fəaliyyətini daha da genişləndirmək üçün istafadə etdi. Ona görə də bu hörgütün və onun üzvü olan şəxslərin silahları təhvil verərək normal sivil fəaliyyət yoluna qayıdacaqları çoxlarına haqlı olaraq inandırıcı görünmür. Lakin PKK-nın əleyhinə olan müəyyən məqamlar da nəzərə alınmalıdır. Prezident Ərdoğan başda olmaqla, bütövlükdə Türkiyə hakimiyyətinin həyata keçirdiyi ardıcıl siyasi xətt, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin sərt və uğurlu əməliyyatları yeni siyasi və hərbi reallıqlar yaradıb. İndi PKK-nın təsir imkanları əhəmiyyətli dərəcədə azalıb, Türkiyə daxilində demək olar ki, yox dərəcəsinə endirilib. Suriya, İraq və digər ərazilərdə isə ona sarsıdıcı zərbələr vurulub. İndiyə qədər PKK-nı dəstəkləyən, ondan Türkiyəyə qarşı təzyiq kimi istifadə edən dövlətlər də bir qədər geri çəkilmiş kimi görünürlər. Buna görə də PKK-nı silahı yerə qoyaraq özünü burxmağa məcbur edən Türkiyə hakimiyyətinin fəaliyyəti müəyyən risklərlə əlaqədar olsa da, həqiqətən tarixi bir fəaliyyət kimi qiymətləndirilməlidir",- deyə Əlibəyli əlvə edib. Geri qayıt |