Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Neft təhlükəli həddə ucuzlaşır:
Əsas Səhifə > Güney Press > Neft təhlükəli həddə ucuzlaşır:

Neft təhlükəli həddə ucuzlaşır:


Dünən, 18:04
Neft təhlükəli həddə ucuzlaşır:
Mayın 5-də dünya birjalarında neft qiymətlərində müşahidə olunan kəskin eniş qlobal iqtisadiyyatda qeyri-müəyyənlikləri artırıb. Azərbaycan neft ixracatına əsaslanan ölkə olduğuna görə bu məqam bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Belə halda Azərbaycan iqtisadiyyatı və büdcə necə tənzimlənir? Ümumiyyətlə, neftin ucuzlaşmasına birbaşa və ya dolayısı ilə təsir edən amillər nədən ibarətdir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, son dönəmlər ölkələr arasında baş verən siyasi prosedurlar, pul siyasəti, dolların möhkəmləndirilməsi, bununla yanaşı tələbə bağlı olaraq təklifin dəyişməsi neft qiymətlərinə təsir edən faktorlar arasındadır:

“Neft qiymətlərinin artması və ya azalması iqtisadiyyatımız üçün “sürpriz” açıqlama deyil. Növbəti il üçün büdcə proqnozu, dövlət büdcəsinin gəlirlər və xərcləri hesablanarkən ilk növbədə neftdən gələn gəlirlər üzərindən iqtisadi hesablama aparılır. Mərkəzi Bank tərəfindən mütəmadi olaraq inflyasiyanın sürətinin azaldılması, devalvasiyanın qarşısının alınması yönündə işlər görülür. Tənzimləmə prosesi bu formada həyata keçirilir. Gəlirlər və xərclərə nəzər yetirsək, iqtisadi baxımdan dövlət büdcəsinin profisiti yaranıb”.

İqtisadçı qeyd edib ki, neftin qiymətində daha kəskin düşmə olarsa, Azərbaycanda büdcənin defisit ehtimalı var:

“Neft qiymətlərinin düşməsinə ilkin səbəb tələbə bağlıdır. Tələbin azalmasına səbəb də ilk növbədə qlobal iqtisadiyyatda baş verən iqtisadi durğunluqdur. İqtisadi durğunluq sənayeləşmədəki durğunluq və dolların möhkəmləndirilməsi istiqamətində atılan addımlarla əlaqəlidir. Bundan əlavə spekulyativ gözləntilər də var. İnvestorlar iqtisadi durğunluq dönəmində yatırım etməkdən çəkinirlər. Bu da tələbə təsir edən növbəti amillərdəndir”.

Geri qayıt