Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur
Əsas Səhifə > Güney Press > Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur

Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur


Dünən, 16:34
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 2025-ci ilin may ayında ümumilikdə 64.571.233,2 AZN dəyərində 11 tenderə yekun vurulub.

FED.az xəbər verir ki, bu satınalmalar əsasən Qarabağ Universiteti və Xankəndidə yerləşən yataqxana tipli yaşayış binalarının əsaslı təmiri, tikintisi və layihələndirilməsi məqsədi daşıyır.

Ən yüksək məbləğə malik sifariş Qarabağ Universitetinin Biznes və İqtisadiyyat korpusunun tikintisi layihəsidir. Bu tenderin qalibi “Azinvest İnşaat” QSC olub və şirkətə 28.600.000 AZN məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, “Azinvest İnşaat” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Seyidməmmədov Tofiq oğludur. Hüquqi ünvanı AZ1003, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev, ev 9 ünvanında yerləşir.

Növbəti iri miqyaslı tenderlərdən biri “S.H. İnşaat Xidməti” MMC-yə verilib. Şirkət həm Qarabağ Universitetinin Klinikası PHŞ-nin Tədris və Klinika binalarının cari və əsaslı təmiri, həm də bu binaların mebel, avadanlıq və laboratoriyalarla təchizatı üzrə sifarişləri qazanıb. Hər iki tenderin dəyəri ayrı-ayrılıqda 9 milyon AZN təşkil edir.

Qeyd edək ki, “S.H. İnşaat Xidməti” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səməd Heydərov İsmayil oğludur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri Yasamal rayonu, Mətbuat pr. , ev 24, məhəllə 540, m. 11 ünvanında yerləşir.

Əhəmiyyətli məbləğə malik tenderlərdən biri də Xankəndi şəhərində yerləşən 2-ci və 3-cü yataqxana tipli yaşayış binalarının əsaslı təmir işləri ilə bağlıdır. Bu işlər üçün “Az-Caspian Construction” MMC-yə 4.550.000 AZN ayrılıb.

Qeyd edək ki, “Az-Caspian Construction” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İbadov Əsəd oğludur. Hüquqi ünvanı AZ1090, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin (Buzovna Qəs.), ev 8 B, m. 45 ünvanında yerləşir.

Bütövlükdə həyata keçirilən bu tenderlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhsilin və sosial infrastrukturun yenidən qurulmasına hədəflənib.

Geri qayıt