Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoyduBu gün, 12:22 |
![]() "Abşeron City" yaşayış kompleksi ərazisində fəaliyyət göstərən "As Studio" gözəllik salonunun kosmetoloqu müştərisinə qarşı dələduzluq edib. Qaynarinfo xəbər verir ki, kosmetoloq S.E. müştərisinin 9000 manat dəyərində olan qızıl-ziynət əşyalarını ələ keçirib. O, müştərisini inandırıb ki, qızıl-ziynət əşyaları toya getmək üçün lazımdır. Müştərisi sonradan kosmetoloqa zəng edib qızılları geri almaq istəsə də, ona zəng çatmayıb. Qarşı tərəf məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət edib. S.E. şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, qızllar 3300 manat müqabilində lombarda qoyulub. Bundan sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı S.E. özünü qismən təqsirli bilib. O iddia edib ki, müştərisi həmin qızlları ona 2000 ABŞ dollarına satmaq istəyib. Keçmiş həyat yoldaşı da qızlları lombarda girov qoyaraq alınan pulu müştəriyə verməsini tövsiyə edib. S.E. qızıllar lombarda qoyulduqdan sonra alınan pulu keçmiş əri vasitəsi ilə müştərisinə verib. Lakin həm zərərçəkən, həm də S.E.-nin keçmiş əri onu dediklərinin yalan olduğunu bildirib. Məhkəmənin hökmü ilə S.E. 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Geri qayıt |