Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır?
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır?Bu gün, 08:50 |
![]() Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır: İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti və əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla: əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində *** 16 yaşınadək işçilər üçün - 24 saatdan, *** 16 yaşdan - 18 yaşadək işçilər, *** Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, *** Hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün, *** 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün - 36 saatdan artıq olmamalıdır. ***Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğu, cihaz, qanunvericilikdə nəzərdə tutulan sair iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti AR-sı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - (dia-az.pw) Geri qayıt |