Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilərBu gün, 14:02 |
![]() Ryusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində atəşkəs və tərəflərin danışıqlar masasına əyləşməsi ətrafında qızğın müzakirələr gedir. Rusiya və Ukrayna danışıqlara hazır olduqlarını bəyan etsələr də, tərəflərin hər birinin şərti var. Rəsmi Kiyev hesab edir ki, 30 günlük atəşkəs imzalansın ki, nümayəndə heyətləri danışıqlara başlasınlar. Ukraynanın bu təklifinə Avropa İttifaqı və ABŞ dəstək verib. Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri və ABŞ-ın Rusiyaya 30 günlük atəşkəs elan etməsi ilə bağlı çağırışlarına məhəl qoymadan mayın 15-də Türkiyədə Ukrayna ilə birbaşa danışıqların “ilkin şərt olmadan” keçirilməsini təklif edib. Buna Ukrayna Prezidenti Volodimir Zelenskinin cavabı gecikməyib. Zelenski İstanbulda Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib: "Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Ümid edirəm ki, ruslar bu dəfə bacara bilməmələrinin səbəblərini axtarmayacaqlar". Kreml bu mesaja cavab verməyib. Bu arada, ABŞ Prezidenti Donald Tramp deyib ki, Kiyevlə Moskva arasında mümkün danışıqlar günü şəxsən İstanbula uça bilər. Amerika liderinin sözlərinə görə, Zelenski Türkiyədə görüşə məhz onun çağırışından sonra razılaşıb. Eyni zamanda, Ukrayna və Avropa ölkələri ilkin olaraq danışıqlar üçün şərt kimi atəşkəs elan ediblər. Əks halda, Avropa İttifaqı ölkələri yeni sanksiyalar üzərində işə başlamaqla hədələyir. Bunu xüsusilə, rəsmi Berlin bəyan edib. Ukrayna Prezidenti isə bildirib ki, Kiyev “diplomatiya üçün lazımi baza təmin etmək üçün” tam atəşkəs gözləyir. "Qətlləri uzatmağın mənası yoxdur", deyə Zelenski vurğulayıb. Ukrayna Prezidenti hesab edir ki, ABŞ Prezidentinin Ukrayna və Rusiya nümayəndə heyətləri arasında mayın 15-də İstanbulda mümkün birbaşa danışıqlarda iştirak etmək fikri düzgündür. "Əlbəttə, hamımız istərdik ki, Prezident Tramp orada bizimlə - Türkiyədəki bu görüşdə olsun. Bu, düzgün fikirdir. Biz çox şeyi dəyişə bilərik", - Zelenski qeyd edib. Ukrayna lideri xatırladıb ki, daha əvvəl ABŞ Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə “tam və qeyd-şərtsiz atəşkəs” və birbaşa danışıqlara dair təklifini dəstəkləyib: "Mən açıq şəkildə dedim ki, görüşə hazıram. Türkiyədə olacam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar. Ukrayna öz tərəfindən atəşkəsi təmin etməyə hazırdır". Mövzu ilə bağlı AYNA.AZ-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, hazırda hər iki lider – Putin və Zelenski arasında psixoloji şahmat oyunu gedir: - Zelenski fevral ayında Vaşinqtona getdi, Trampla görüşdü və məlum hadisə baş verdi – ABŞ lideri onu aşağıladı. Sonra Zelenski bir qədər geri addımlar atdı, mineral resurslarla bağlı Kiyev və Vaşinqton arasında saziş imzalandı. Daha sonra Zelenski 30 günlük atəşkəs planı irəli sürdü ki, Tramp bu təkliflə razılaşdı. Bununla Zelenski bir qədər ön plana keçdi. Beləliklə, top keçdi Putinin meydanına. Tramp bu zaman Putinlə danışdı, Rusiya lideri də atəşkəsə prinsipcə razı olduğunu söylədi, amma bununla yanaşı, şərtlər irəli sürdü. Yəni növbəti gedişi Putin etdi. Rusiya Prezidenti gecə gec saatlarında jurnalistləri Kremlə yığdı və Kiyevə 15 mayda İstanbulda görüş təklifi etdi. Sanki Kreml rəhbəri bununla təşəbbüsü ələ almaq istədi. Zelenski isə sürpriz etdi – Putinlə İstanbulda şəxsən görüşməyi təklif etdi. Bununla Zelenski üstünlük qazanmış oldu. Çünki düşünürəm ki, Putin İstanbula gedib Zelenski ilə görüşməyəcək. Moskva sadəcə nümayəndələrin görüşünü, danışıqlarını istəyir. Zelenski də bilir ki, Putin İstanbula gəlməyəcək. Lakin şəxsən görüşməyə hazır olduğunu bildirməklə Ukrayna lideri yenidən psixoloji üstünlüyü ələ aldı. - Yəni İstanbulda görüş baş tutmaya bilər... - Yox, diplomatik səviyyədə tərəflər görüşəcəklər. Yəni hər iki nümayəndə heyətinin görüşü olacaq, müzakirələr olacaq. Amma Putinin Zelenski ilə görüşmək üçün İstanbula gedəcəyini gözləmirəm. Məsələ burasındadır ki, atəşkəs mövzusunda tərəflərin mövqeləri fərqlidir. Zelenski deyir ki, 30 günlük atəşkəs olmalıdır. Putin isə üç günlük atəşkəs təklif edir. Ukrayna lideri ona görə ilkin olaraq 30 gün atəşkəs istəyir ki, danışıqlar normal getsin. Putin isə niyə 30 günlük atəşkəs istəmədiyini Kremlin sözçüsü Dmitri Peskovun dili ilə dünyaya çatdırdı. Peskov dedi “ona görə uzunmüddətli atəşkəsə razı deyilik ki, Ukrayna səfərbərlik edəcək, yeni qüvvə toplayacaq, Qərbdən yeni silahlar gətirəcək, yorulan döyüşçüləri əvəzləyəcək”. Burada Peskov bir məsələdə haqlıdır ki, döyüşçülər yorulub. Amma səfərbərliyi müharibənin gedişində də etmək olar. Silahlar da ki, demək olar hər gün gəlir. Yəni Rusiyanın arqumenti məntiqli deyil. Hesab edirəm ki, tərəflərin mövqeləri gözlənilən İstanbul görüşündə razılığın əldə olunmasına imkan vermir. Aydındır ki, münaqişə həll olunmayacaq. Amma heç olmasa, atəşkəs əldə olunmalı, danışıqlar başlamalıdır ki, bundan sonra ölüm-itim olmasın. - Danışıqların İstanbulda keçirilməsi təklifini necə qiymətləndirmək olar? Məsələn, niyə Putin Səudiyyə Ərəbistanını yox, Türkiyəni seçdi? - O mənada haqlısınız ki, Səudiyyə Ərəbistanında rusiyalı və amerikalı diplomatların da, elə ukraynalı nümayəndələrin də danışıqları keçirilib. Putinin nümayəndələrin İstanbulda görüşməsi təklifini onunla əlaqələndirmək olar ki, müharibənin ilk aylarında da İstanbulda görüş keçirilib, bu da həmin görüşlərin davamıdır. Amma mənə elə gəlir ki, məsələ təkcə bununla bağlı deyil. Putin ona görə Səudiyyə Ərəbistanını seçmədi ki, bu ölkə Amerikadan daha çox asılıdır. Yaxınlarda Trampın oraya səfəri də gözlənilir. Amma Putin bilir ki, regionda Türkiyə müstəqil siyasət yürüdür, ona görə də İstanbulda danışıqları məqsədəuyğun sayır. Burada bir qədər Avropa ölkələri, xüsusilə, Fransa oyundan kənarda qalır. Avropalı “dördlük” ona görə Kiyevə getdilər. Onlar kənarda qalmaq istəmirlər, danışıqlarda hansısa formada iştirakçı olmaq istədilər. Çünki anlayırlar ki, istanbulda Kiyev-Moskva görüşü Türkiyənin yerini və mövqeyini daha da gücləndirəcək. Buna “dördlük” heç də isti yanaşmır. Söhbət Fransa, Almaniya, Böyük Britaniya və Polşadan gedir. Yeri gəlmişkən, PKK-nın silahı yerə qoyma məsələsi də önəmli faktordur. Çünki Fransa, Yunanıstan kimi ölkələr PKK-dan illər uzunu Türkiyəyə qarşı alət kimi istifadə ediblər. İndi onlar görürlər ki, qlobal problemin həlli üçün danışıqlar yeri Türkiyə seçilir, PKK terrorçuları silahı yerə qoyurlar, bu, əlbəttə, onlarda qıcıq yaradır. Bütün hallarda, İstanbulda görüşün keçirilməsi, xırda da olsa, hansısa razılaşmanın əldə edilməsi Türkiyənin bölgədə və dünyada mövqelərini gücləndirəcək. Geri qayıt |