Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qalmaqallı direktor barəsində hökm dəyişdirildi
Əsas Səhifə > Güney Press > Qalmaqallı direktor barəsində hökm dəyişdirildi

Qalmaqallı direktor barəsində hökm dəyişdirildi


Bu gün, 10:12
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi
Gəncə Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Rauf Yəhyayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin hökmü ona əlavə cəzanın təyin olunması hissəsində dəyişdirilib. Rauf Yəhyayevin şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası cəzası təyin olunub. Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətinə islah işləri cəzası 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub. Beləliklə, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Qeyd: Rauf Yəhyayevin Goranboy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru olub.

Xatırlatma: Rauf Yəhyayev bir neçə qalmaqalla gündəmə gəlib. O, 2022-ci ilin avqust ayında Goranboy rayonun Bolsulu kənd sakini Laləzar Əliyevanı yumruqla vuraraq xəsarət yetirmişdi. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılmış və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilmişdi.

2024-cü ilin noyabrında bir neçə şəxs Rauf Yəhyayevə hücum edərək onu döymüşdülər. Direktorun döyülməsi videosu yayılandan sonra o, açıqlama verib ona hücum edən şəxslərin ağrıkəsici dərmanlar tələbi ilə döydüklərini demişdi.

Bundan sonra Rauf Yəhyayev sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

Məhkəmə hökmündən sonra Rauf Yəhyayev tutduğu vəzifədən azad edilib.

Geri qayıt