Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...”
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...”Dünən, 16:41 |
![]() Görəsən, Moskvadakı 9 may “qələbə” paradından sonra Rusiya-Ukrayna savaşı ətrafında yaranmış durumu necə dəyərləndirmək olar? Rusiya diktatoru Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan vasitəçi olmaq, İstanbulda Ukrayna tərəfi ilə görüşün təşkilini xahiş etməklə nə məqsəd güdür əslində?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Rusiya paytaxtındakı 9 may “qələbə” paradından sonra Putinə hər tərəfdən təzyiqlər var ki, o, atəşkəsə getsin. Və burada artıq 3 günlük atəşkəsdən bəhs edilmir. Putin isə heç cür buna getmir. Amma eyni zamanda açıq şəkildə demək istəmir ki, mən uzunmüddətli atəşkəsə getmirəm. Məsələ ondadır ki, biz gördük, Putinin sabotaj etməsi, danışıqları imitasiya etməsi hətta ona xeyli loyal yanaşan Tramp administrasiyası ilə də münasibətlərində ona gətirib çıxardı ki, ABŞ Ukraynanı yenidən silahlandırmağa başladı. Və Rusiya diktatoru başa düşür ki, belə bir vəziyyət döyüş şəraitini bir qədər də çətinləşdirəcək. Digər tərəfdən o, danışıqlardan imtina etməklə parçalanmış Qərb düşərgəsini yenidən səfərbər edə bilər. Bu da onun marağında deyil. Amma eyni zamanda atəşkəsə getmək də onun marağında deyil. Ona görə ki, məsələn, bir aylıq, yaxud üç aylıq atəşkəsə getdikdə məsələ daha da uzana bilər, o halda da Rusiyanın sözün əsil mənasında cinayətkar, qatil ordusu boş qalacaq. Və həmin ordu tez bir zamanda öz silahını Rusiya hakimiyyətinə, Putinin özünə qarşı çevirə bilər. Rusiya diktatorunun qorxduğu budur... Digər tərəfdən də, dediyim kimi, Qərb ölkələri Ukraynanın ətrafında yenidən səfərbər olunmağa, onu silahlandırmağa başlayıblar. Bu halda da Putin uduza bilər. Yəni Putin bir növ tələyə salınıbdır. Ona görə də o, danışıqlara razılıq verib. Amma tam əminliklə görmək olmur ki, Putin həmin danışıqları həqiqətən istəyir və onlara gedəcəkmi. Mən hətta düşünürəm ki, o, danışqlara özü getməyə bilər, kimisə göndərə bilər. Bilirsiz ki, indiki vaxtda həm də Putin həyatına görə çox xoflanır, qorxur, düşünür ki, ona sui-qəsd ola bilər. Özü də yalnız xaricdə yox, həm də Rusiya daxilində... Və ölkənin daxilində sui-qəsddən qorxan şəxsin xaricə səfər etməsi, özü də Türkiyəyə getməsi qeyri-adidir. Ancaq digər tərəfdən, dediyim kimi, Putinə artıq seçim buraxmayıblar. Təbii ki, bu gün tərəflərin aşağı-yuxarı gücü bərabərdir. Ona görə də müharibədə də uğur qazanmaq, demək olar ki, qeyri-mümkündür. Rusiya diktatoru şəhərləri bombalayır, yaşayış binalarını raketlərlə vurur, amma bu ona xal qazandırmır. Əksinə, Putinə qarşı olan anti-Rusiya koalisiyasını bir qədər də qıcıqlandırır və gücləndirir. İndi o düşünür ki, bəlkə Ərdoğanla ümumi dil tapa bilər. Bu səbəbdən bəlkə də danışıqlardan yayınmadı. Niyə “bəlkə” ilə deyirəm. Çünki Putinin mövqeyi aydın deyil. Onun elə hökumətindən də gələn açıqlamalardan aydın görünür ki, danışıqlara heç də könüllü şəkildə getmirlər. Bununla belə, düşünürlər ki, bəlkə Ərdoğanla ümumi dilə tapa bildilər. Bax, belə bir durum yaranıbdır... Lakin bu gedişatın bir atəşkəslə nəticələnəcəyini söyləmək çətindir. Mən daha yüksək ehtimalla deyə bilərəm ki, təbii, hətta atəşkəs razılığı olsa da, əslində atəşkəs olmayacaqdır. Rusiya onu pozacaq, Ukrayna da cavab verəcək. Və bir müddət sonra o anlaşma(əgər olarsa) öz əhəmiyyətini itirəcəkdir. Görünən vəziyyət bu gün üçün budur... Ümumiyyətlə, Putinin danışıqlar taktikası vaxt udmağa xidmət edir. Ən azı, ona görə ki, belə hesablama aparması əlamətləri görünür. Amma sual budur ki, vaxt işğalçı Rusiyaya nə verəcəkdir. Və bu, aydın deyil ki, Rusiyanın strategiyası, strateji planı varmı. O nəyə çalışır, nə etmək istəyir? Eyni zamanda Qərb ölkələrində, Avropa ölkələrinin özündə də baş verənlər Putinin tam maraqlarına ziddir. Məsələn, bu gün Almaniyada Putinə daha radikal mövqe tutan hökumət formalaşıbdır. Fransa mövqeyindən geri çəkilmir. Polşa onun kimi... Bilirsiz ki, Polşada böyük ticarət mərkəzinin yanmasında baş nazir də, nazirlər də açıq şəkildə Rusiyanın xüsusi xidmət qurumlarını ittiham etdilər. Yəni Putin ətrafındakı situasiyanı elə daraldırlar ki, o vəziyyətdən çıxmağa yol axtarmağa məcburdur. Amma çıxmaq üçün yolların da hamısı dalana dirənir. Bax, belə bir vəziyyətdə Rusiya diktatoru vaxt qazanmağı bir şans kimi görür. Mən bu cür baxıram, bu danışıqlar prosesinə. İnanmıram ki, orada hansısa bir uğurlar əldə oluna. Hətta müəyyən bir anlaşma əldə olunsa da, dediyim kimi, cəbhədə atəşkəsə riayət olunmayacaq. Bunu çox yüksək ehtimalla belə görürəm...” Geri qayıt |