Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı?
Əsas Səhifə > Güney Press > PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı?

PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı?


Dünən, 14:51
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı?
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Terror təşkilatının lideri Abdullah Öcalanın İmralı adasından müraciətindən sonra, nəhayət ki, PKK özünü buraxdı.

Gununsesi.info xəbər verir ki, bu xəbər dünya və Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb.

Maraqlıdır, hazırda tanınmış siyasi simaların Türkiyədə həbsdə olmasına baxmayaraq, PKK-nn özünü buraxması Ərdoğana olan rəğbəti artıra biləcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, PKK ilə bağlı məsələ həll olunanda, gələcəklə bağlı Türkiyə cəmiyyətində daha bir aydın təsəvvürlər formalaşa bilər:

“Heç tərəddüdsüz, hakimiyyət üçün böyük bir avantaj əldə olunur. Ancaq təbii ki, bu məsələlər həll olunandan sonra hələ sosial məsələlərin sıxıntıları qalacaq, buna görə narazılıq elementləri də ola bilər. Amma ölkə qarşısında duran ən həyati məsələnin həlli iqtidara böyük reytinq gətirə bilər”, -deyə F. Mustafa həmçinin deyib.

Geri qayıt