Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Sumqayıt Kompressorları” ASC səhmdarlarına
Əsas Səhifə > Güney Press > “Sumqayıt Kompressorları” ASC səhmdarlarına

“Sumqayıt Kompressorları” ASC səhmdarlarına


Bu gün, 08:46
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına
27 iyun 2025-ci il saat 15.00-da “Sumqayıt Kompressorları” ASC səhmdarlarının illik yığıncağı AR Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat”a uyğun olaraq onlayn qaydada keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq onlayn platforma: iclasın video qeydiyyatı “ZOOM” proqramı vasitəsilə aparılacaqdır.

Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “online” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini aşağıda qeyd olunan “WhatsApp” nömrəsi ilə təmin etsinlər. Qeydiyyata düşənlərə proqramdan istifadə üçün iclasa qoşulma linki və müvafiq təlimat göndəriləcək.

Gündəlikdəki məsələlər:

1. Səsvermənin nəticələrinin müəyyən edilməsi üçün hesablama komissiyasının yaradılması.

2. Cəmiyyətin illik hesabatlarının təsdiqi.

3. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) seçilməsi.

4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) seçilməsi.

5. Cəmiyyətə qarşı pul tələbinin əlavə səhm buraxmaqla əvəzləşdirilməsi məsələsi.

6. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinin materialları ilə (50) 255-66-62 “WhatsApp” nömrəsinə sorğu ünvanlamaqla tanış olmaq mümkündür.

2024-cü ilin yekunlarına görə səhmdarlara veriləsi dividendlərin alınması üçün səhmdarlardan öz hesablarını təqdim etmələri xahiş olunur.

Cəmiyyətin hüquqi ünvanı – Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1

Geri qayıt