Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Türkiyəni içindən qarışdırmaq istəyənlər...
Türkiyəni içindən qarışdırmaq istəyənlər...22-03-2025, 12:11 |
![]() Türkiyəni “Sözcü TV”, “Halk TV, “NOW” və sair o qəbildən olan medianın propaqandasından qavrayıb, növbəti dəfə vəcdə gələn məlum şəxslərə… Bundan əvvəlki proseslərdə və seçki dövrlərində də eyni hallarda və qafalarda idiniz, nəticə də sizin nə qədər məhdud vizyonda olduğunuzu ortaya qoydu. Həm də bir yox, bir neçə dəfə… Bilin və agah olun, hətta bunu bir kənara yazıb saxlayın. Bundan sonra Türkiyənin yeganə Prezidenti Rəcab Tayyib Ərdoğan olacaq. Heç bir siyasi təlatüm, ölkədaxili siyasi proseslər və vaxtında, yaxutda vaxtından əvvəl seçkilər onu iqtidardan salmayacaq. Bundan sonra Ərdoğanın yeganə rəqibi ancaq və ancaq onun öz sağlamlığı, alın yazısıdır. Ərdoğan ömrünün sonuna qədər Türkiyəyə rəhbərlik edəcək. Nə Türkiyə daxilində, nə də Türkiyə xaricində onu iqtidardan salacaq heç bir real güc yoxdur. Ərdoğan dünyanın dörd əsas liderindən biridir. Tramp, Putun, Si Cinpin , Ərdoğan! İmamoğlu ətrafında baş verənlər isə daha çox CHP-nin öz içində baş verənlərin nəticəsidir… CHP içində keçmiş başkan Kılıçtaroğlunun ətrafında birləşənlərlə, Ankakara bələdiyyə başkanı Mansur Yavaş tərəfdarları və İmamoğlu tərəfdarları arasında uzun müddətdir qırğın gedir. Səbəb partiyada rəhbərliyi və şəriksiz liderliyi ələ keçirməkdir. Bu məqsədlə də bir-birinin zibillərini açıb tökürlər, bir-birindən “danoslar” yazırlar. Ən populiyar və ambisialı fiqur da İmamoğlu olduğuna görə, ilk ondan qurtulmağa çalışırlar. Hüquq mühavizə orqanlarına “pas verən” CHP-nin daxilindəki intriqalardır! Bilin və agah olun! Son prezident seçkilərində Ərdoğana səs verməyən əhalinin hamısı, yəni 50 faizlik bir seçici kütləsinin hamısı belə küçələrə çıxsa, hətta etirazlar aylarala davam etsə də heç bir nəticə olmayacaq. İmamoğlu həps ediləcək, ən az 6-7 il həpsxanada qalacaq. Bu prosesin nəticəsi nə olacaq? Olan o olacaq ki, CHP-nin içindən ABŞ-dəki qlobalistlərə yaxın olan hər kəs təmizlənəcək, tədricən partiya klassik solçuların nəzarətinə keçəcək və yenə də Türkiyənin əsas müxalifət partiyası olaraq qalmağa davam edəcək… Turan İbrahimov - "DİA-AZ" Geri qayıt |