Əsas Səhifə > Güney Press > “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildiBu gün, 14:02 |
![]() “Aztelekom” MMC-nin daha bir bahalı tenderinin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb. Bildirilir ki, müsabiqə müxtəlif güclü transformatorlara iki illik texniki baxış və təmir xidmətinin satın alınması ilə bağlı olub. 1 milyon 242 min 845 manatlıq tenderin ləğv edilməsi isə Nəzarətedici Orqanın qərarı əsasında olub. Belə ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin düzgün təşkil edilmədiyi qənaətinə gəlib və nəticələri ləğv edib. Xatırladaq ki, yeni ilin ilk iki ayında “Aztelekom” daha bir yüksək məbləğli tenderi uduzmuşdu. Həmin vaxt kadrların hazırlanmasına 21 milyon manat ayrılsa da, AİİBNX bunu qəbul etməmişdi. Qeyd edək ki, “Aztelekom” MMC-nin baş direktoru Həsən Ömərovdur. Geri qayıt |