Əsas Səhifə > Güney Press > Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı
Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldıDünən, 11:19 |
![]() “Düşünürəm ki, bəzi məsələlərin üstünü açmağın vaxtıdır. Hamınız bilirsiniz ki, “Barselona” qonşu ölkədə (Azərbaycanı nəzərdə tutur – red.) futbol akademiyası açacaq, amma bu, sikkənin o biri üzüdür”. Globalinfo.az xəbər verir ki, bunu erməni marketoloq Alfred Petrosyan Feysbuk hesabında yazıb. O bildirib ki, sözügedən akademiya Ermənistanda açılmalı idi, lakin plan baş tutmadı: “Sikkənin digər tərəfində belə bir hekayə var: “Barselona” akademiyası Ermənistanda açılacaqdı. Mən bütün bu prosesi idarə etdim, hətta ilkin müqavilə də imzaladıq. Müqaviləmizdə xüsusi bir bənd var idi: buna görə yaxın 40 ildə qonşu ölkələrimizdən heç birində “Barselona” akademiyası açılmamalı idi. Layihənin səfiri kimi Ronaldinyonu seçmişdik. Təkcə müqavilənin imzalanması üçün tarix təyin etmək qalırdı, amma gördüyünüz kimi, o gün heç vaxt gəlmədi”. Qeyd edək ki, martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edib. Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ![]() “Barselona” prezidenti Xuan Laporta (solda), iş adamı Adnan Hacızadə (ortada), Azərbaycan Prezidenti İlham Əliyev (sağda) Geri qayıt |