Əsas Səhifə > Güney Press > ABŞ Ukraynaya şərtini açıqladı

ABŞ Ukraynaya şərtini açıqladı


Dünən, 09:58
ABŞ Ukraynaya şərtini açıqladı
ABŞ Ukrayna ilə normal münasibətləri və təmasları bərpa etməyə, eləcə də danışıqlara yenidən başlamağa hazırdır. Amma bu, yalnız Kiyev sülhə hazır olduğu halda baş verəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, müharibəyə son qoymağın yeganə yolu Rusiyanı danışıqlar masasına oturmağa məcbur etməkdir və bunu edə biləcək yeganə şəxs ABŞ Prezidenti Donald Trampdır.

“Burada heç kim Vladimir Putinin Nobel sülh mükafatı alacağını iddia etmir. Bunu bilməliyik, müharibəni dayandırmağın bir yolu varmı?”, - Rubio qeyd edib.

Həmçinin dövlət katibi bildirib ki, danışıqlara başlamaq üçün Rusiya lideri Vladimir Putini “antaqonist və diktator” adlandırmaq əks-məhsuldardır.

Rubio Ukrayna Prezidenti Volodimir Zelenskini sülh prosesini pozmaqda ittiham edib.

Geri qayıt