Əsas Səhifə > Güney Press > Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağaBu gün, 11:23 |
![]() “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin külli miqdarda vergi borcu yaranıb. Hazırda Zaur Həmzəyev Oktay oğlunun rəhbəri olduğu MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.343.661,89 manat vergi borcu yaranıb. Əldə etdiyimiz məlumata görə, sözügedən borcun ödənilməsi ilə bağlı Zaur Həmzəyevə xəbərdarlıq edilib. Onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə də müraciət olunub. Qeyd edək ki, Zaur Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu oğludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur. Qaynarinfo Geri qayıt |