Əsas Səhifə > Güney Press > Naxçıvanın yeni qazısı seçilib

Naxçıvanın yeni qazısı seçilib


Bu gün, 16:26
Naxçıvanın yeni qazısı seçilib
Naxçıvanın yeni qazısı seçilib.

"Report"un yerli bürosunun məlumatına görə, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.

Toplantıda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.

Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq qazı vəzifəsinə seçiliblər.

Daha sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.

Geri qayıt